Modern.az

"Əsas məqsədimiz gənclər arasında vətənpərvərlik ruhunu artırmaqdır" - FOTO

"Əsas məqsədimiz gənclər arasında vətənpərvərlik ruhunu artırmaqdır"  - FOTO

Təhsil

11 Aprel 2016, 11:00

 

“Məktəblərdə “Vətənpərvərəm” adlı breyn rinqin keçirilməsi ilə bağlı fərdi layihə başa çatdı. Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məktəblərdə “Vətənpərvərəm” adlı breyn rinqin keçirilməsi ilə bağlı fərdi layihəyə yekun vurulub.

Fərdi layihənin qalibi Kənan Qubadzadə layihənin əsas məqsədinin gənclər arasında vətənpərvərlik ruhunun artırılmasından ibarət olduğunu bildirib:

“Breyn-ring yarışının təbliği, gənclərin intellektual inkişafına dəstək olmaq, gənclər arasında qarşılıqlı informasiya mübadiləsinə nail olmaq, gənclərin bu yarışa olan tələbatını öyrənmək, gənclərə lazımı bilikləri aşılamaq əsas hədəfimizdir”.

Layihə müddətində iştirakçılara buklet və braşurlar paylanıb, sertifikatlar təqdim olunub.

Kənan Qubadzadə Gənclərin təşəbbüslərini dəstəklədiyinə görə Gənclər Fonduna minnətdarlığını da bildirib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...