Modern.az

Yol qəzalarında 9-u uşaq olmaqla 143 nəfər ölüb

Yol  qəzalarında 9-u uşaq olmaqla 143 nəfər ölüb

Təhsil

12 Aprel 2016, 12:15

2016-ci ilin 3 ayı ərzində respublika ərazisində 419 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 143 nəfər həlak olmuş, 453 nəfər yaralanıb. Bu haqda Modern.az saytına Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilib.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 110 fakt (20,8%), həlak olanların sayı 80 nəfər (35,9%), yaralananların sayı 102 nəfər (18,4%) azalıb.

Bakı şəhəri ərazisində 147 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 31 nəfər həlak olub, 160 nəfər yaralanıb.

2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 60 fakt (29%), 37 nəfər (54,4%), 61 nəfər (27,6 %) azalıb. Rəsmi məlumatda bildirilib ki ,respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 36,9%-i (155 hadisə, 52 ölüm, 183 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,3%-i (102 hadisə, 43 ölüm, 89 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,8%-i (58 hadisə, 10 ölüm, 81 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,1%-i (5 hadisə, 2 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 40,8%-ni (171) piyadaların vurulması təşkil edib, nəticədə 64 piyada həlak olub, 119-u yaralanıb. 5 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 9 nəfər uşaq və yeniyetmə həlak olub, 35 nəfər yaralanıb.  

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...