Modern.az

Bakıda qadın özünü 9-cu mərtəbədən atıb

Bakıda qadın özünü 9-cu mərtəbədən atıb

Təhsil

12 Aprel 2016, 12:22



Bakıda intihar hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində rayonun Şərifzadə küçəsində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan 30-35 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ötən gün də Yasamalda daha bir qadın özünü binadan atıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...