Modern.az

Deputatdan ÇAĞIRIŞ: “Bir neçə azyaşlı qız...”

Deputatdan ÇAĞIRIŞ: “Bir neçə azyaşlı qız...”

Təhsil

12 Aprel 2016, 13:15

“Bu gün sosial şəbəkələr, bəzi saytlar və portallar, telekanallar insanlara qəddarlıq, vəhşilik hissləri təbliğ, təlqin edirlər”.

Modern.az xəbər verir ki, bunu deputat Tahir Rzayev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib.

O bildirib ki, qəddarlığı, vəhşiliyi təbliğ, təlqin etmək insanların şüuruna, tərbiyəsinə, sağlamlığına ciddi və mənfi təsirlərlə müşayiət olunur.

“Vaxtilə, ata-babalarımızın zamanında belə bir adət-ənənə vardı ki, hansısa bir evə, elə bəd, qara xəbər gələndə həmin evin uşağını başqa kəndə, başqa yerə, qonşuya göndərərdilər. Çünki istəmirdilər ki, bu qara, bəd xəbər həmin uşağın psixikasına pis təsir göstərsin. 

Və yaxud, ailədaxili məsələləri belə valideynlər, yaşlı adamlar öz aralarında həll edirdilər, uşaqları bu məsələlərdən uzaq tutardılar. Hətta, ailənin ehtiyacını belə uşağa, övlada deməzdilər ki, ona pis təsir edər.

Ancaq bu gün belə deyil, tam bunun əksidir. İnternet, sosial şəbəkələr həyatımıza ciddi surətdə müdaxilə edir, daxil olur və bir çox hallarda da öz mənfi nəticəsini göstərir. Bu yaxınlarda özüm şahidi olmuşam- bir neçə azyaşlı qız uşağı internetdə tanış olublar və sonra hamısı evlərindən qaçıb gediblər”.

Onlardan yalnız 10 gün sonra xəbər tutmaq mümkün deyil. Onlar niyə qaçıblar, nə işlə məşğul olublar, bəlli deyil. Ona görə də insanlarımızın, xüsusilə uşaqlarımızın düşüncəsinə, psixikasına mənfi təsir edən, zərər vuran halların qarşısının alınması, bunun qanunvericiliklə tənzimlənməsi çox vacibdir” - deyə Tahir Rzayev bildirib.

Ağa AKİFOĞLU

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...