
Brent markalı neft dekabr ayının 4-dən bəri ən yüksək qiymətə satılır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün günorta saatlarında London birjasında neftin 1 bareli 1,5% bahalaşaraq 43,51 dollara, Nyu-York birjasında isə WTI markalı neft 0,4% bahalaşaraq 40,52 dollara çatıb.
Neftin bahalaşması aprelin 17-də Qətərin paytaxtı Dohada planlaşdırılan neft hasilatçısı ölkələrin görüşü ilə bağlı olaraq yüksəlib.
Həmin görüşdə 13 ölkə - Azərbaycan, Əlcəzir, Bəhreyn, Venesuela, İndoneziya, Qətər, Küveyt, Nigeriya, BƏƏ, Oman, Rusiya, Səudiyyə Ərbistanı və Ekvador iştirak edəcək.
Vüqar İsmayılov