Modern.az

Prokuror Qarabağ ermənilərinə yardım edən iş adamına 7 il iş istədi

Prokuror Qarabağ ermənilərinə yardım edən iş adamına 7 il iş istədi

Təhsil

12 Aprel 2016, 15:59

Prokurorluğun nümayəndəsi 700 min dollar mənimsəməkdə təqsirkar bilinən əslən Qarabağdan olan tanınmış iş adamı Levon Ayrapetyanın 7 il azadlıqdan məhrum edilməsini istəyib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Qarabağdakı separatçı rejimə də dəstək verənin işinə Moskvanın Zamoskvoretski məhkəməsində baxılır.

Prokurorun fikrincə, Ayrapetyanın təqsiri şahidlərin, zərərçəkənlərin ifadələri və vəkili Sergey Antonovla telefon danışıqlarında sübut olunub. Bununla belə, erməni əsili iş adamının vəkili hesab edir ki, ona qarşı cinayət işi sifariş xarakterlidir.

Ayrapetyan “Başneft”in səhmlərinin satılması işi üzrə israfçılıq və pul vəsaitlərinin yuyulmasında ittiham olunur. O 2014-cü il iyunun 14-də “Domodedovo” hava limanında Nitsada gələrkən saxlanılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...