Modern.az

Azad Rəhimov: “Gənclərin gələcəyinə məsuluq”

Azad Rəhimov: “Gənclərin gələcəyinə məsuluq”

Təhsil

12 Aprel 2016, 17:25

Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti bu gündən  Türkiyənin İstanbul şəhərində öz işinə başlayan İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF)  “İƏT Gənc liderlər Sammiti”nə qatılıb.

Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıc, Malaziyanın gənclər və idman naziri Xairi Camaluddin, Birləşmiş Ərəb Əmirliklərinin gənclər və idman naziri Şamma Al Mazrim, Qambianın gənclər və idman naziri Mehdi Hassanvə digər nazirlərin, eyni zamanada beynəlxalq təşkilatların nümayəndələri, islam ölkələrindən gənc liderlər, nobel mükafatçıları və qonaqların qatıldığı tədbir   14-15 aprel 2016-ci il tarixdə Türkiyə Respublikasının prezidenti zati-aliləri Rəcəb Tayyip Ərdoğanın himayəsi altında  keçiriləcək İslam Sammiti Konfransının 13-cü sessiyasının  bir hissəsi kimi təşkil edilir.  

Tədbirin birinci panel günü Azad Rəhimov çıxış edərək, ölkədə gənclər siyasəti sahəsində aparılan işlər, ölkənin 2/3 hissəsinin 30 yaşına qədər gənclərdən ibarət olması, “2005-2009”, “2011-2015-ci illər  Azərbaycan gəncliyi Dövlət Proqram”ları  çərçivəsində görülmüş işlər, yeni “2016-2020 Azərbaycan Gəncliyi Dövlət proqramında öz əksini tapmış və icrası nəzərdə tutulmuş tədbirlər, eyni zamanda “2015-2025-ci illəri əhatə edən “Gənclərin inkişafı üzrə Dövlət Strategiyası” haqqında məlumat verib.  

Nazir, eyni zamanda ölkəmizin İslam ölkələri gənclərinin həmrəyliyinə, birgə fəaliyyətlərinə və tədbirlərinə daim dəstək verdiyini, İslam ölkələri gənclər Forumunun təsis iclasının məhs Azərbaycanda keçirildiyini və ölkə başçısı cənab İlham Əliyevin adı çəkilən təşkilatın mərkəzi qərargahının açılışında iştirak etdiyini və fəaliyyətini diqqətdə saxladığı barədə qonaqları məlumatlandırdı.Azad Rəhimov eyni zamanda 2007-ci ildə Bakı şəhərində keçirilən "Gənclər Sivilizasialar arası alyans naminə" konfransının Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO - nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın patronajı altında keçirildiyini vurğuladı.  

Nazir bu gün ölkədə 320 QHT fəaliyyət göstərdiyini, Azərbaycanın Türkiyə, Küveyt, Qətər, Mərakeş, Səudiyyə ərəbistanı, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran , İraq və digər ölkələrlə gənclər sahəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

“Biz hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik. Biz islamın sabahı haqqında düşünməliyik və məqsədlərimizə çatmaq üçün bu gün nələri ortaya qoyduğumuza diqqət verməliyik. Birgə qüvvələrimizi qoyaraq biz Gənclər Strategiyasını inkişaf etdirməliyik. Bu strategiya gənclərin arzu və istəklərinin üzərində qurulmalıdır.”

Azad Rəhimovun çıxışının sonunda İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirildi.  

Qeyd edək ki, Sammitin ikinci panelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, 4-cü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev Bakı İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimatla çıxış edəcək.

Məlumat üçün bildirək ki, Sammitin əsas təşkilatçısı “Dialoq və Əməkdaşlıq naminə islam ölkələri gənclər Forumu” dur.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...