Əfqanıstanın cənubundakı Kandahar əyalətində sərhədçi 5 əsgər yoldaşını güllələyərək Pakistana qaçıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, güllələnən əsgərlərin hamısı ölüb.
Hakimiyyətdəkilər qeyd edirlər ki, insident əfqan taliblərinin hərbçilərin mövqeyinə hücum edəcəkləri ilə bağlı bəyanatından sonra baş verib. Yaraqlılar 2012-ci ildə məhv edilən liderləri Molla Ömərin xatirəsinə “Ömər əməliyyatı” başlatmağı vəd edirlər.
Bəzi məlumatlara görə, qatil əsgər məhz taliblərin yanına qaçıb.
Modern.az