
Əlimusa İbrahimov.
Siyasi Elmlər üzrə Fəlsəlfə Doktoru
Politoloq
Rusiya Suriya istiqamətində yeni uğurlar atmağın ərəfəsindədir. Azərbaycanla Ermənistan arasında qoşunların təmas xəttində baş verən 4 günlük döyüşlərdən sonra diqqət yenidən Suriya istiqamətinə yönəlib. Bu dəfə həmişə olduğu kimi döyüş əməliyyatları yox, bu əməliyyatları birdəfəlik dayandırmağa yönələn danışıqlar prosesi diqqət mərkəzindədir. Bütün münaqişələr kimi Suriya münaqişəsi də növbəti mərhələyə - danışıqlar mərhələsinə qədəm qoyur. Söhbət Suriya ilə əlaqədar Cenevrədə aprel ayının 11-nə nəzərdə tutlumuş danışıqlardan gedir . Amma son anda məlum oldu ki, görüş ayın 13-dən tez başlamayacaq. Danışıqlar prosesinə ümidlər böyükdür. Bütün tərəflər nəhayət sülhün əldə olunacağını, insanların qətliamına son veriləcəyini gözləyirlər. Bəşər Əsədin gözləntiləri isə daha çoxdur. O öz hakimiyyətini legitimlıəşdirmək, nəzarətində olduğu ərazilərdə seçki keçirmək, dağıdılmış dövlət strukturlarını bərpa etmək atzusundadır. Təbii ki, Rusiyanın yardımı ilə.Bu məqsədlə Bəşər Əsəd aprel ayının 13-nə parlament seçkiləri keçirməyi nəzərdə tutub. İşğaldan yenicə azad olunmuş ərazilərdə demokratik seçkilərdən təbii ki söhbət gedə bilməz. Bu heç də hakimiyyət nümayəndələrinin narahat etmir. Onlar legitim Başər Əsədlə yanaşı legitim parlamentin və dövlətin nümayəndəsi kim Cenevrədəki danışıqlarda iştirak etmək istəyirlər.
Təsadüfi deyil ki,bu ərəfədə Dəməşqə səfər edən BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura orada təkcə Suriyanın Xarici İşlər Naziri Valid Muallimlə yox, həm də Bəşər Əsədə tabe olmağı qəbul edən keçmiş müxalifət nümayəndələri ilə də görüşür. Hamıya məlumdur ki, Suriya prezidentini danışıqlar prosesinə bu qədər ciddi-cəhdlə hazırlaşması və özünü daha arxayın aparmasının səbəbi Rusiya və şəxsən Putindir. Suriyanı irəli verən Putinin danışıqlardan öz gözləntiləri var. Suriya müharibəsindən çox ustalıqla istifadə edən Rusiya Krıma müdaxilə və Ukraynaya qarşı yerirdiyi aqressiv siyasətin sanksiyalar formasına çevrilən nəticələrindən mərhələli şəkildə qurtulmağa çalışır.
Amma Moskvada gözəl başa düşürlər ki, Suriyada aparılan manevrlər Rusiyadan sanksiyaların götürülməsi ilə nətcələnə bilməz.
Sanksiyalar Ukrayna və Krımda baş verən hadisələrlə bağlı tətbıq edilibsə Suriyaya görə təbii ki, götürülməyəcək. Bu barədə Böyük yeddiliyin Xirosimada keçirilən sonuncu toplantısında Rusiyaya açıq işarə edilib. Rusiya Ukraynada öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməyincə və Minsk müqaviləsi həllini tapmayınca sanksiyaların götürülməsindən söhbət gedə bilməz. Bütün bunlara baxmayaraq Rusiyanın Suriya danışıqları zamanı əldə edəcəyi nailiyyət yetərincədir. Onun yenidən G7-yə səkkizinci dövlət kimi qatılmaq şansı yaranıb. Haqqında söhbət açdığımız Xirosima görüşündə Almaniyanın Xarici İşlər Naziri Frank-Valter Ştaynmayer Moskvanın beynəlxalq siyasət və təhlükəsizlik sahəsində mühüm tərəfdaş kimi kluba qayıtmasının vaxtının gəldiyini bildiri. Özlüyündə bu elə Rusiyanın imicinin artmasına dəlalət edir.
ABŞ və Avropa dövlətləri növbəti dəfə Rusiyanın beynəlxalq münasibətlərdə sıradan bir aktor olamadığnın şahidi olurlar. Suriya prosesində apardığı siyasət və əldə etdiyi uğurlar bu ipə- sapa yatmayan dövləti qısa zamanda aparıcı güclərin tərəfdaşına çevirdi. Suriyada dövlətlərin uzun müddət Bəşər Əsədin hakimiyyətdən salınması uğrunda mübarizə aparmasına baxmayaraq Rusiyanın müdaxiləsi vəziyyəti tamam dəyişdi.
Son günlərini yaşamaqda ikən o Rusiyanın sayəsində “legitim” prezidentə çevrildi . İndi isə ümumiyyətlə 400 mindən çox dinc vətəndaşın qanına əli batmış bu cəllad daha geniş imtiyazlar ugrunda mübarizəyə girişib.