Modern.az

Arpadari: “Artıq 700 marşalımız var”

Arpadari: “Artıq 700 marşalımız var”

Təhsil

13 Aprel 2016, 13:13

 

“Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-Prisinin biletləri sürətlə alınır”.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. O qeyd edib ki, satılan biletlərin 65 faizi xarici ölkələrdən alınıb.   “Əyləncə proqramı elan olunduqdan sonra insanlar daha həvəslə bilet alacaqlar. Biz Sinqapur formatını seçmişik. Sinqapurda yarışdan başqa, bir çox əyləncə proqramları təşkil olunur. Orada konsertlərə Cenifer Lopez kimi dünya şöhrətli ulduzlar qatılırlar. Biz də bilet alan insanlara tam olaraq əyləncə proqramı təqdim edəcəyik”.  

N.Arpadari qeyd edib ki, Avropa Qran Prisinə 5 min könüllü lazım olduğu halda, 12 mindən çox insan könüllü olmaq üçün müraciət edib.  

“Bu, çox gözəl göstəricidir və o deməkdir ki, Avropa Oyunlarında olan təcrübə miras olaraq qalıb. Könüllülər bizim yerli vətəndaşlardır. Xatırladım ki, könüllülərlə yanaşı, marşallarımız da var. Yarış zamanı onların rolları çox önəmlidir.

Məsələn, onlar tras boyunca dayanır, bayraq marşalları bayraqlar vasitəsilə pilotlara işarələr verir, qəza olarsa, kömək edir və s. Onlar xüsusi təlimlər keçirlər. Marşallar cəmi 1000 nəfər olmalıdır.

1000 nəfərdən 300 nəfəri xaricdən gələcək. Onu da qeyd edim ki, marşal olmaq üçün xüsusi lisenziya almaq lazımdır. Lisenziyanı alan marşallar digər ölkələrdə də istənilən yarışda bu vəzifədə işləyə bilərlər. Artıq 700 nəfər marşal hazırdır”.  

N.Arpadari bildirib ki, məşhur “Formula-1” pilotu Fernando Alonso qəzaya uğraması səbəbindən cəmi bir yarışda iştirak edə bilmədi. “O, Bəhreyndəki yarışa qatılmadı”. Bakı şəhər Halqası rəsmiləri pilotla görüşüb, onun vəziyyəti ilə maraqlanıblar. Alonsonun qəzası çox ciddi idi. Onun vəziyyətinin yaxşılaşacağına ümid edirik. Pilot Çin Qran Prisinə qatıla biləcək. Alonsonun özü də buna ümid edir. O, yarışa kifayət qədər hazır olduğunu bildirib. “Formula-1” pilotları belə hallara hazırdırlar. Onlar çoxlu qəzalarla rastlaşırlar. Ona görə biz Fernando Alonsonu iyun ayında Bakıda gözləyirik”.    

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...