Modern.az

İranda türk vəkillərdən terror aktlarını qınayan BƏYANAT

İranda türk vəkillərdən terror aktlarını qınayan BƏYANAT

Təhsil

14 Aprel 2016, 11:29

İranda türklərdən ibarət olan bir qrup vəkil Ankara, İstanbul, Brüssel, Bağdad, Lahore və s. kimi şəhərlərdə baş verən terror aktları ilə bağlı bəyanat yayıb.

Modern.az xəbər verir ki, bəyanatda bildirilir:  

Hər kəs, başqa birisini öldürməyən və günahsız bir insanı qətlə yetirərsə, bütün insanları öldürmüş kimi olur. Və hər kəs başqa birisini ölümdən qurtararsa, bütün insanların həyatını qurtarmış olur. (Maidə surəsinin 32-ci ayəsi) Terror bəlası tarix boyu çox sayda günahsız insanın həyatına son qoyub və bir çox hüquq və təməl azadlıqları aradan qaldırmaq üçün bir hücum vasitəsi olub. Bundan başqa terror müxtəlif ölkələrin təhlükəsizliyi və onların ərazi bütövlüyü üçün bir təhdid olub. Hal-hazırda Yaxın Şərq ölkələri və hətta Avropa ölkələrində bir çox insan terror bəlasının qurbanı olub və olmaqdadır. Terror artıq bir təhlükə kimi milli müstəvidən beynəlxalq müstəviyə keçib və dünya üzrə barış və təhlükəsizliyi təhdid edir. Son vaxtlar Kürdistan özgürlük şahinləri (PKK terror qruplaşmasına bağlıdır), İŞİD və Taliban kimi terror qruplaşmaları Ankara, İstanbul, Brüssel, Bağdad və Lahoredə terror aktları törədərək çox sayda günahsız insanın ölümünə səbəb oldular.

Biz İranda bir qrup türk vəkil, terror qruplaşmalarının bu cinayətkar əməllərini qınayaraq elan edirik: Müxtəlif millətlər, xüsusi ilə də Yaxın Şərq millətləri ilə yanaşı digər dövlətlər və beynəlxalq təşkilatlar da terrorizmə qarşı mübarizə aparıb və bunun kökünü qurutmağa çalışmalıdılar. Əks halda terror bəlası dünya ölkələrinə daha ağır zərbələr vuracaq. Ona görə də biz vəkillər terrorçuların qarşısında səssiz qalmağı, onlara haq qazandırmağı və bu zəmində ikili standard yanaşmasını həm insani və həm də hüquqi baximdan qəbul etmirik, bölgə və dünya dövlətlərini terrorizmə qarşı birgə mübarizə aparmağa çağırırıq. İran türk vəkillər qrupu:  

1. Mehdi Cəfərzadə

2. Cəfər Əfşarniya

3. Raziyə Sərdari

4. Cavanşir Tağızadə

5. Saleh Heydri

6. Əhməd Sarimi

7. Nasir Şıxzadə

8. Əli Əfrasyabi

9. Əmirəli Bəxşi

10. Həmid Valayi

11. Rəsul Məhərrəmi

12. Fatimə Səttari

13. Məhəmməd Xacəvi

14. Uumudəli Əmani

15. Məhəmməd Əli Əzizi

16. Səid Nurpur

17. Məsumə Qsimi

18. Dilcəvan Baqiri

19. Rza Azəri Sufyani

20. Əkrəm Əkbərzadə

21. İhsan Ərjənk

22. Səccad İslami

23. Mehdi Aslani

24. Solmaz Mehriban

25. Baəhram Sultani

26. Əhəd Niknam

27. Səməd Aləmi

28. Hamid Nüsrəti

29. Mənuçehr Süleymani

30. Nazila Nəcəfi

31. Səid Hüsenpur

32. Behzad Nəbati

33. Qasım Bodi

34. Fatimə Cəmalpur

35. Həsən Cəfərpur

36. Cahangir Əsədi

37. Sanaz Sadiqi

38. Bijən Nəsrullahi

39. Mehdi Cəlili

40. Əlirza İsmayılpur

41. Seyyid Səid Səidi

42. Məhəmməd Sadiqi

43. Abbas İntizari

44. Bəhmən Məhəmmədi  

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...