Modern.az

Ermənistan Avrasiya İttifaqından çıxa bilər

Ermənistan Avrasiya İttifaqından çıxa bilər

Təhsil

14 Aprel 2016, 12:19

Ermənistan parlamentinin deputatı və “Azad Demokratlar” partiyasının sədri Xaçatur Kokobelyan ölkə parlamentinə “Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvlüyündən çıxması  ilə bağlı prosedurun başlanması” adlı qanun layihəsini təqdim edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, layihə yaxın günlərdə parlamentdə müzakirə olunacaq.   Kokobelyan qanun layihəsində Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin inkişaf etmədiyini bildirib.  

Onun sözlərinə görə,  2015-ci ildə Rusiyadan idxal 4,7%, Rusiyaya ixrac isə 28,7% azalıb.  

Onun fikrincə, iqtisadi göstəricilər pisləşməklə yanaşı, Ermənistana xarici investisiyaların miqdarı kəskin düşüb və ölkənin regional təcridi ağırlaşıb.

Kokobelyan Qarabağdakı insidentlər zamanı Moskvanın mövqeyinin də tənqidə layiq olduğunu deyib .  

Vüqar İsmayılov          


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...