
Türkiyənin Van şəhərinin Erciş rayonunda yol kəsib 10 yük maşınını yandıran terroristlərə qarşı eyni zamanda keçirilən əməliyyatlarda saxlanılanlar var.
Modern.az Türkiyə KİV-nə istinadə xəbər verir ki, Erciş Prokurorluğu 4 apreldə Erciş-Adilcevaz yolunun yaxınlığında yol kəsənlər barədə istintaq başladıb.Əməliyyat zamanı 17 şübhəli saxlanılıb.
Axtarışlar nəticəsində 5 “Kalaşnikov” avtomatı və 300 fişəng ələ keçirilib. Səhər saatlarında başlayan əməliyyatın hələ də davam etdiyi bildirilib.
Qafar Ağayev