Bu gündən etibarən çəktəb direktorlarının işə qəbulu ilə bağlı növbəti mərhələ keçiriləcək. Bu barədə Modern.az-a açıqlamasında Təhsil Nazirliyindən məlumat verilib.
“3 gün ərzində keçiriləcək imtahanlar (bazar günü daxil) saat 9.00-da başlayacaq və hər namizədə 120 dəqiqə vaxt veriləcək. Bu vaxtın 90 dəqiqəsi sual-cavaba, 30 dəqiqəsi isə “esse” yazılmasına ayrılacaq”.
Nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün 18-31 mart tarixlərində 3394 nəfər elektron ərizə ilə qeydiyyatdan keçib. Müsabiqəyə 600 vakant yer çıxarılıb.
Aytən ZƏHRA