Modern.az

Müdafiə Nazirliyində NATO nümayəndəsinə brifinq verilib

Müdafiə Nazirliyində NATO nümayəndəsinə brifinq verilib

Təhsil

15 Aprel 2016, 11:07



Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Cənubi Qafqaz üzrə Əlaqələndirici Ofisinin rəhbəri Vilyam Lahu üçün "Aprelin 1-dən 7-dək qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin təxribat fəaliyyətləri"nə dair brifinq verilib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, brifinqdə erməni bölmələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır silahlardan aramsız atəşə tutması nəticəsində yerli infrastruktura dəymiş ziyan, eləcə də mülki əhali arasında ölən və yaralananlar barədə faktlar əsasında hazırlanmış məlumatlar təqdim edilib.

Əlavə olaraq, Ermənistan tərəfindən törədilmiş təxribatların qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri haqqında məlumat verilib. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi çərçivəsində Azərbaycan hərbi qulluqçularının mülki erməni əhalisinə qarşı guya aqressiv hərəkətləri barədə yayılan dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub. 

Sonda Vilyam Lahunun sualları cavablandırılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı