Qorbaçovun, Yeltsinin, Putinin və Medvedevin şəxsi pilotu, “Rusiya” Xüsusi uçuş dəstəsinin keçmiş rəhbəri Vladimir Fedoruşkin demək olar 40 il yüksək vəzifəli məmurların göyərtəsində olduğu təyyarələri idarə edib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, o deyib ki, Boris Yeltsin sıfır görmə məqamında necə pilot sükanı arxasında oturmağa necə məcbur edib, niyə həmişə Vladimir Putin onu dinləyib, eləcə də prezidentlərin uçuşunun necə hazırlanmasından danışıb.
- Vladimnir Vasilyeviç, siz ölkənin hansı liderləri ilə uçmusunuz? - Hava gəmisinin komandiri kimi ilk uçuşum 1986-cı ildə Mixail Qorbaçovla olub. Sonra Boris Yeltsinlə, Vladimir Putinlə, Dmitri Medbedvlə uçmuşam. Putin sonradan qayıdanda mən artıq rəhbər vəzifədə idim.
- Prezidentin təyyarəsini idarə edəndə hanısasa həyəcan keçirirdinizmi? Bəlkə, xüsusi manevr etmək lazımdır?
- Qorbaçovla birinci dəfə uçanda həyəcan olub, sonra adi hala çevrilib. Nəyi bacarırsansa, onu yerinə yetirmək lazımdır, bizi isə o vaxt çox yaxşı hazırlamışdılar. Bütün bu uçuşları yerinə yetirdiyim zaman kimsə birinci, yaxud üçüncü şəxs olması haqda düşünməmişəm.
- Təyyarənin göyərtəsində kim başlıca şəxsdir: prezident, yoxsa hava gəmisinin komandiri? - Gəminin komandiri. İstənilən halda belədir.
- Putinin xahişi ilə tez-tez uçuş marşrutunun sxemini dəyişdirməkdən imtina etmək lazım gəlib?
- Belə hallar olub.
- Sizə qulaq asıb? - Məni bir qayda olaraq çağırıb, soruşub ki, məsələn, niyə ikinci dəfə dövr edirik. Mən ona izah etdikdən sonra deyib “Yaxşı, təhlükəsizlik hər şeydən vacibdir”. Yeltsinlə bağlı bir hadisə olub. O, pis hava şəraitində eniş etməyə məcbur edib.
- Putin risk etmir?
- Heç bir halda. “Yox” dedinsə, deməli belə olmalıdır. Hətta əgər o, eniş etməyi desəydi belə, artıq böyük təcrübəm olduğu üçün imtina edərdim. Məncə, o da inciməzdi. Vladimir Vladimiroviç bu mənada çox intizamlı adamdır.- Gəminin komandiri həmişə hara uçduğunu bilir, yoxsa ondan gizli saxlanılır?
- Əlbəttə, bilirik. Bizə qabaqcadan məlumat verilir, uçuşa hazırlıq gedir. Əgər hava limanı uzaqda, dağlıq ərazidədirsə, texniki reys həyata keçiririk, yoxlamalar aparırıq.

Modern.az