Modern.az

Bakıda sürücülər arasında əlbəyaxa dava düşdü

 Bakıda sürücülər arasında əlbəyaxa dava düşdü

15 Aprel 2016, 23:07


Binəqədi rayonunda sürücülər arasında dava düşüb. Hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb.  

Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, davaya səbəb sürücülərin bir-birlərinə yol verməməsi olub. Münaqişə tərəflərindən birinin 133 saylı marşrut avtobusunun sürücüsü olduğu deyilir.  

"Volkswagen" markalı avtomobili idarə edən şəxs avtobusun sürücüsünə yolda onun qarşısını kəsdiyini söyləyərək təhqir edib. Təhqirin cavabı isə əlbəyaxa dava ilə nəticələnib.  

Tərəfləri yol polisinin əməkdaşları aralayıblar.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...