Modern.az

İtaliya mətbuatı Dağlıq Qarabağdan yazdı

 İtaliya mətbuatı  Dağlıq Qarabağdan yazdı

Təhsil

15 Aprel 2016, 23:50

 

İtaliyanın “L`Opinione” qəzetinin internet portalında tədqiqatçı-jurnalist Domeniko Letiziyanın “Dağlıq Qarabağ münaqişəsinə milli və beynəlxalq reaksiya” adlı məqaləsi işıq üzü görüb. Azərbaycanın İtaliyadakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, müəllif məqalədə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün onu doğuran əsas səbəbin, yəni Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulmasının zəruri olduğunu vurğulayıb.

Məqalədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Assambleyası, Avropa Şurası və Avropa Parlamentinin sənədlərində erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının aydın qeyd olunduğu bildirilib.

Müəllif ermənilər tərəfindən yayılan “İŞİD”in Azərbaycan tərəfindən döyüşməsi kimi təxribat xarakterli məlumatına münasibət bildirərək, bunun dezinformasiya olduğunu və Azərbaycanın beynəlxalq humanitar hüquqa uyğun fəaliyyət göstərən nizami orduya malik olduğunu deyir. Əksinə Ermənistan tərəfdən ASALA beynəlxalq erməni terrorçu təşkilatı üzvlərinin döyüşdə iştirak etdiyinə dair sübutların mövcudluğunu qeyd edən müəllif Azərbaycanın işğal olunmuş ərazilərinin beynəlxalq nəzarətdən kənarda qalması səbəbindən ermənilərin həmin ərazilərdə qeyri-qanuni olaraq narkotik maddələr yetişdirdiyini və bundan əldə edilən vəsaitlə həmin ərazilərdəki erməni terrorist təşkilatlarını maliyyələşdirdiyini vurğulayır. Ermənistan tərəfindən münaqişənin dini kotekstdə təqdim edilməsi cəhdinə cavab olaraq, Azərbaycanın dünyəvi, tolerant, xristian və yəhudilərin sülh içində yaşadığı bir ölkə olduğu qeyd olunur. Azərbaycanın xristian aləmi ilə münasibətlərinin yüksək səviyyədə olması və cari il oktyabr ayında papa Françeskonun ölkəmizə səfərinin nəzərdə tutulduğu bildirilir. Ölkəmizdə önəmli yəhudi icmasının yaşadığı, Azərbaycanın İsraillə yaxın əlaqələrinin olduğu vurğulanır.  

Müəllif məqaləsində Ermənistan-Azərbaycan münaqişəsi və təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı İtaliya parlamentinin üzvləri olan İtaliya-Azərbaycan Dostluq Qrupunun sədri, “Şimal Liqası” partiyasının üzvü senator Sercio Divina, Senatın Müdafiə Komitəsinin sədri Nikola Latorre, Demokrat Partiyasının üzvü deputat Kristina Barcero, İtaliya İrəli - Azadlıq Xalqı Partiyasının üzvü senator Mariya Rizotti, “5 ulduz hərəkatı” partiyasının üzvü senator Canluka Kastladinin mətbuatda yaydıqları Azərbaycanın mövqeyini dəstəkləyən və münaqişə ilə bağlı BMTqətnamələrinin yerinə yetirilməsinin vacibliyinə çağıran bəyanatlarına geniş yer verib.

Sonda müəllif İtaliya hökumətinə münaqişə ilə bağlı qəbul olunmuş BMTqətnamələrinə əməl edilməsinə və bölgədə sülhün bərqərar olmasına töhfə verməklə bağlı çağırış edir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...