Modern.az

Komitə sədri yeni qəbiristanlıqların necə salınacağına aydınlıq gətirdi

Komitə sədri yeni qəbiristanlıqların necə salınacağına aydınlıq gətirdi

16 Aprel 2016, 10:16


“Qəbiristanlıqların yaradılması və idarə olunması” haqqında qanun layihəsi baxılması üçün ayrı-ayrı strukturlara - Nazirlər Kabineti, bələdiyyə və digər səlahiyyətli qurumlara göndərilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az saytına deyib ki, hazırlanan qanun layihəsində bütün məsələlər nəzərə alınıb:

“Layihədə standart qəbir yerləri və qəbir daşları, eyni zamanda vahid qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn mərasimlərinin qeydiyyatı qaydaları öz əksini tapıb.
Sənəd Şəhərsalma və Tikinti Məcəlləsi, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarla birlikdə tənzimlənir və digər normativ hüquqi aktlarla müəyyən edilir”.

S.Novruzov deyib ki, müxtəlif qurumlar rəy verdikdən sonra qərar qəbul olunacaq.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...