Modern.az

Rusiayada ələkeçməz İŞİD-çi həbs olundu

Rusiayada ələkeçməz İŞİD-çi həbs olundu

16 Aprel 2016, 14:29

Rusiyada İŞİD-lə əlaqəsi olan taksi sürücüsü həbs olunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan İŞİD-çinin həbsi barəsində ölkənin daxili işlər naziri Vladimir Kolokoltsev şəxsən açıqlama verib.

Onun sözlərinə görə ələkeçməz İŞİD üzvünü yaxalamaq üçün 173 mindən artıq taksi sürücüsü yoxlanılıb.

“Yaxınlarda “Taksi” opetariv əməliyyat tədbirləri əməliyyatı başa çatıb. 173 mindən artıq taksi sürücüsü yoxlanılıb. Taksi sürücüləri arasında beynəlxalq axtarışda olan biri yaxalanıb”.

Son məlumatlara görə “İslam Dövləti” qruplaşmasının üzvlərinin sayı 50 mindən 200 minə qədərdir.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...