Modern.az

Neftin ucuzlaşması İŞİD-in gəlirini azaldıb

Neftin ucuzlaşması İŞİD-in gəlirini azaldıb

18 Aprel 2016, 13:50



İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının gəlirləri ötən ilin ortalarından 30 faiz azalıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bunun səbəbi neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır.

Energetika sahəsi üzrə IHS Global Inc konsaltinq şirkətinin hesabatına görə, 2015-ci ildə terror təşkilatının gəliri 80 milyon, bu il 56 milyon dollar olub. Bundan əlavə, İŞİD-in nəzarətində olan ərazilərdə neftin çıxarılması 3 dəfə azalaraq, gündə 33 min barreldən 21-ə düşüb.

“İŞİD-in regionda təsiri həmişəki kimi güclüdür, ancaq yaraqlıların gəlirinin kifayət qədər azalması uzunmüddətli perspektiv üçün nəzarətdə olan ərazilərin idarəçilyini çətinləşdirəcək”, - IHS-in baş analitiki deyib.

Sənəddə qeyd edilir ki, İŞİD-in gəlirlərinin yarısı işğal edilən  ərazilərdəki əhalinin mülkiyyətinin müsadirəsindən və vergidən əldə olunur. Terror qruplaşması neft satışından 43 faiz gəlir götürür. İŞİD qalan gəlirini narkotik qaçaqmalçılığından, elektrik enerjisi və ianələrdən əldə edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...