Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi" proqramı çərçivəsində jurnalistlər üçün növbəti dəfə seminar keçirib. Modern.az saytı xəbər verir ki, iki günlük seminar Nabranda təşkil olunub. Bu dəfə jurnalistlər “Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda bilgiləndirilib. Seminarın eksperti, Vətəndaşların əmək hüquqlarını müdafiə liqası icraiyyə komitəsinin sədri Sahib Məmmədov əmək qanunvericiliyi, işçilərin hüquq və vəzifələri, əmək müqavilələri, mülki-hüquqi müqavilələr, əvəzi ödənilməyən (könüllü) fəaliyyət üzrə müqavilə, iş rejimi və istirahət (iş vaxtı istirahət, gündəlik, həftəlik və illik istirahət) istirahət hüququnun həyata keçirilməsi ilə bağlı məlumat verib.
Jurnalistlər, həmçinin, təhlükəsiz və ədalətli əmək şərati (sığorta sistemi), işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti, zərərin əvəzinin ödənilməsi, əmək münasibətlərində gender aspektləri ilə bağlı məlumatlandırılıb.
. Modern.az