Rusiya baş nazrinin müavini Dmitri Roqozin Amur vilayətində inşa edilən “Vostoçnıy” kosmodromunun aprelin 20-də uçuşa tam hazır vəziyyətdə olacağını deyib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Roqozin rəsmi açılış mərasiminin 27 apreldə baş tutacağını da əlavə edib. Dmitri Roqozin 27 aprel günü Ay proqramı çərçivəsində 5 peykin uçuşuna start veriləcəyini vurğulayıb.“Vostoçnıy” kosmodromu Qazaxıstan ərazisindəki “Baykonur” kosmodromunu əvəzləmək üçün inşa olunur.
Vüqar İsmayılov