Modern.az

Leyla və Arif Yunuslar Azərbaycanı tərk ediblər

Leyla və Arif Yunuslar Azərbaycanı tərk ediblər

Təhsil

19 Aprel 2016, 14:01


Bir müddət öncə həbsdən azad edilən hüquq müdafiəçiləri Leyla və Arid Yunuslar Azərbaycandan gediblər.

Modern.az saytının məlumatına görə, bu haqda onların vəkili Elçin Sadıqov xəbər verib:

"Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar", deyə vəkil bildirib.

Elçin Sadıqov: "Dünən Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə kassasiya şikayətinin baxılıb və kassasiya şikayəti təmin edilərək Leyla Yunus və Arif Yunusun ölkədən çıxışına icazə verilib".

Yunuslara Allahdan şəfa diləyən vəkil onu da qeyd edib ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...