Əslən azərbaycanlı Əhmədağa Əhmədov Rusiya parlamentinə - Dövlət Dumasına bu il keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, deputatlığa namizəd olmaq üçün Əhmədağa Əhmədov üzvü olduğu Vahid Rusiya Partiyasının daha 5 namizədi ilə mayın 22-də keçiriləck partiyadaxili praymerizə qatılmalıdır.
Əgər praymerizdə o qalib gələrsə, onda Vahid Rusiya Partiyasının namizədi kimi Rusiya Dövlət Dumasına 18 sentybarda keçiriləcək seçkilərdə iştirak edəcək.
Mayın 22-dəki praymerizdə onun əsas rəqibləri Rusiya parlamentinin Komi respublikasından hazırki deputatı Vladimir Ponejevski və Komi Respublikası Dövlət Şurasının sədri Vladimir Kosov olacaq.
Əhmədağa Əhmədov 1991-ci ildən bəri Rusiyada yaşayır və ehtiyatda olan zabitdir. Hazırda o, iqtidardakı Vahid Rusiya Partiyasının regional siyasi şurasının üzvü və biznemsen kimi fəaliyyət göstərir

Vüqar İsmayılov