Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Svilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana aprelin 26-də səfər edəcək. Modern.az xəbər verir ki, bu barədə RİA "Novosti"yə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib.
Qeyd edək ki, bundan öncə Türkiyə prezidentinin bu il Azərbaycana planlaşdırılan iki səfəri qardaş ölkədə törədilən terror aktları səbəbindən təxirə salınıb.
Modern.az