Modern.az

Şeyx Şamil küçəsindən ŞİKAYƏT: Pilləkənlərimizi söküblər

Şeyx Şamil küçəsindən ŞİKAYƏT: Pilləkənlərimizi söküblər

20 Aprel 2016, 10:31

 

Bakı şəhəri Şeyx Şamil küçəsi 16 ünvanın sakinləri Modern.az saytına şikayət ünvanlayıblar.

Onlar sakini olduqları binanın ərazisinin qanunsuz şəkildə digər şəxsə məxsus layihəyə salınmasından narazıdırlar.

Müraciətdə bildirilib ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə, icra orqanı qonşuluqda yaşayanlara mənafelərinə təsir edən tikinti obyektləri barədə əsaslandırılmış məlumat verməlidir:

“Maddə 17-yə görə ərazi planlaşdırılması sənədləri hazırlanərkən ictimai və fərdi maraqlar ədalətli şəkildə uzlaşdırılmalıdır. Bakının mərkəzində, yaşadığımız 63 mənzilli Ş.Şamil küçəsi 16 binasının qarşısında, B.Sərdarov küçəsində bina tikilir. Kompleksdə köməkçi obyektin inşası bağlanıb. Mövcud pilləkən və meydançanı söküblər. Bununla Məcəllənin 68, 69, 70-ci maddələri tələbləri pozulur. Məlum olub ki, köməkçi tikinti Bakı Şəhər İcra Hakimiyyətində təsdiqlənmiş layihə var”.

Sakinləri təəccübləndirən həyətin 26 illik pilləkən və meydançasının kompleksin layihəsinə düşməsidir.

Şikayətçilər həmçinin tikinti işlərinin aparılmasının bina sakinləri üçün təhlükə yaratdığını deyir. Onlar qeyd edir ki, tikinti üçün yük maşınları məhz onların sakini olduğu həyətə gəlir və qaldırıcı kran yükləri həyətdən götürür. Bu da Məcəllənin 9-cu maddəsinin tələblərini pozur.

Şikayət ərizəsini imzalayanlar:

M.Bədəlov,

R.Aslanov,

L.Xoxlova,

E.Ziyadoğlu 

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...