
Bu haqda Modern.az saytına Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, meyitin kimliyi DNK testindən sonra bəlli olacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilmiş məlumata əsasən, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərililmişdi.
Gülşən RAUFQIZI