Modern.az

Putinin “şəxsi ordu”suna insanlara atəş açmaq səlahiyyəti verilə bilər

Putinin “şəxsi ordu”suna insanlara atəş açmaq səlahiyyəti verilə bilər

21 Aprel 2016, 16:53

Rusiyada yenicə yaradılmış Milli Qvardiyaya verilən səlahiyyətlər genişlənməkdə davam edir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Dumasının müdafiə komitəsi milli Qvardiya hərbçilərinə kütləvi insan axını olan yerlərdə terror aktının qarşısını almaq, yaxud girovları azad etmək üçün atəş açmaq səlahiyyətinin verilməsini istəyir.

Əvvəlki qanun layihəsində qvardiyaçılara atəş açmaq icazəsi verilmirdi.

Rusiya Milli Qvardiyası 2016-cı ilin aprelində yaradılıb və Qərb mətbuatı tərəfindən “Putinin şəxsi ordusu” adını alıb.


Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...