Modern.az

İnsanlar həftənin hansı günü hansı səbəbdən ölürlər - ARAŞDIRMA

 İnsanlar həftənin hansı günü hansı səbəbdən ölürlər - ARAŞDIRMA

21 Aprel 2016, 20:31

 

Amerikalı alimlər araşdırma zamanı müəyyən ediblər ki, həftənin hansı günü adamlar daha çox güllə yaralarından ölür, hansı gün avtomobillə getmək üçün daha təhlükəlidir. Modern.az xarici mediaya istinadən bildirir ki, araşdırmaçılar xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzinin 1999-2014-cü illərdə ölən 39 milyon adamla bağlı məlumat bazasından istifadə ediblər.

Məlum olub ki, ölüm hallarının sayı orta hesabla hər gün 5,6-5,7 milyon diapazonunda dəyişir. Həyatdan köçməyin 10 əsas səbəbi arasında ürək-damar sistemi xəstəlikləri, xərçəng, nəfəs yollarının xroniki xəstəlikləri, bədbəxt hadisələr, Alsqeymer xəstəliyi, diabet, böyrək xəstəlikləri, insult, pnevmaniya, qrip və intiharlar var.

Sonra Parkinson xəstəliyi, qaraciyərin xəstəlikləri, sepsis, dozadan artıq narkotik qəbulu və QİÇS gəlir. Araşdırmaçıların qənaətinə görə, bazar ertəsi günü ürək xəstələrinin ölümü pik həddə çatır, ikinci günü isə adamlar qripdən və ağciyər iltihabından həyatla vidalaşırlar. Bununla belə, ikinci gün avtomobildə hərəkət üçün ən təhlükəsiz hesab edilir. Avtomobil qəzalarında həmin gün ölüm halları azalır.  

5,6 milyonun ölümündə həftənin üçüncü günü araşdırma aparılan müddətdə orta səviyyədə olub. Dördüncü günü ölüm sayına görə ümumi sayda artım olsa da, həmin gün ürək tutmasından , şəkərdən odlu silahlardan vəfat edənlər azdır.

Beşinci günü isə adamlar həddən artıq narkotik qəbulundan ölürlər.

Bədbəxt hadisələr nəticəsində ölənlərin sayı istirahət günlərində çoxalır.

Yol-nəqliyyat qəzaları zamanı adamlar daha çox şənbə günü həyatla vidalaşırlar, bazar günü bundan bir qədər az olur. Bundan əlavə, bazar günləri insanların odlu silahdan açılan atəşlə ölümü pik həddə olur, bazar günü həmin səbəbdən ölənlərin sayı əvvəlki günlə müqayisədə yenə az qeydə alınır.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...