Modern.az

Yanan binadan 17 nəfər təxliyə olunub

 Yanan binadan 17 nəfər təxliyə olunub

21 Aprel 2016, 21:09

 

Bakıda çoxmərtəbəli binada yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və binadan 17 nəfər təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 19:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...