Modern.az

Ermənilər Tərtərdə 20-dən çox ev dağıdıb

Ermənilər Tərtərdə 20-dən çox ev dağıdıb

26 Aprel 2016, 10:07

Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az saytına deyib ki, gecə saatlarından başlayaraq cəbhə xəttində vəziyyət yenidən gərginləşib:

“Erməni silahlı qüvvələri Tərtər rayonunun cəbhəyanı ərazilərini ağır artilleriya atəşinə tutub. Ermənilərin atdığı mərmilər Tərtərin Həsənqaya kəndində 1 evi tamamilə dağıdıb. Həmin evin ətrafında olan 5 evə də ciddi ziyan dəyib”.

O qeyd edib ki, Tərtərin mərkəzində 4, Qarağacıda 2, Qazyanda 6, Qaynaq kəndində isə 2 evə ziyan dəyib. Atəş zərbələri nəticəsində 3 baş mal-qara və 1 at tələf olub. Həmçinin işıq dirəklərinə ziyan dəyib.

Hazırda həmin xətlər bərpa edilir. Sakinlər arasında xəsarət alan yoxdur və hal-hazırda vəziyyət sabitdir, hamı öz evindədir”.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...