Modern.az

Prezident Bakıdakı VII Qlobal Forumun açılışında nitq söylədi

Prezident Bakıdakı VII Qlobal Forumun açılışında nitq söylədi

26 Aprel 2016, 10:39



Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumunun rəsmi açılış mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Dövlət başçısı İlham Əliyev tədbirdə nitq söyləyib.

Dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli rəsmi şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq qurumların, “beyin mərkəzləri”nin təmsilçiləri, elm adamları daxil olmaqla, üç mindən çox nümayəndənin iştirak etdiyi Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, ISESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...