Modern.az

Qadına qarşı quldurluq edənlər zərərsizləşdirildi

Qadına qarşı quldurluq edənlər zərərsizləşdirildi

26 Aprel 2016, 12:34

Bakıda küçədə qadına qarşı quldurluq edən dəstə zərərsizləşdirili

Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 24-də Nəsimi rayonunun D.Əliyeva küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Arzu Qafarovanı bıçaqla hədələyib pul verməsini tələb etmiş, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Saatlı rayon sakini Asim Əliyev və Ağsu rayon sakini Amal Allahverdiyev tutulublar.

Onlardan 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək, 4 ədəd plastik xamut və 2 ədəd tibbi maska götürülüb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...