Modern.az

Sarkisyanın MƏĞLUBİYYƏTİ: 3 general işdən qovuldu

Sarkisyanın MƏĞLUBİYYƏTİ: 3 general işdən qovuldu

26 Aprel 2016, 14:22

Ermənistan prezidenti Serj Sarkisyan ölkənin müdafiə nazirinin maddi-texniki təminat məsələləri üzrə müavini, general-leytenant Alik Mirzabekyanı vəzifəsindən azad edib.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, prezident digər sərəncamı ilə Müdafiə Nazirliyinin rabitə xidməti  rəisi, general-mayor Komitas Muradyanı və Baş Qərargahın kəşfiyyat xidməti rəisi, general-mayor Arşak Karapeytanı postundan azad edib.

Ermənistan mətbuatı bununla Sarkisyanın apreldə cəbhədə üzləşdikləri uğursuzluqlara görə generalları cəzalandırdığını yazır.

Vüqar İsmayılov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...