Ermənistanın keçmiş xarici işlər naziri, deputat Vardan Oskanyan aprelin 27-də yeni partiya yaratdığını elan edəcək. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda jurnalistlərə o özü məlumat verib.
“Sabah bəyanat veriləcək”, - Oskanyan parlamentdə jurnalistlərlə söhbətində deyib.
Bununla belə, keçmiş xarici işlər nazirinin yaradacağı partiyanın adı hələ ki heç kimə məlum deyil.
“Ermənistanın ikinci prezidenti Robert Köçəryanın yeni partiya ilə hər hansı əlaqəsi varmı” sualına Oskanyan mənfi cavab verib.
Modern.az