Aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri mövqelərimizi iriçaplı silahlardan, minaatanlardan, atəşli reaktiv sistemdən atəşə tutublar.
Əvvəlki gündən fərqli olaraq dünən Ağdam rayonunun da təmas xəttində yerləşən əraziləri də erməni silahlıları tərəfindən atəşə məruz qalıb.Bu haqda Modern.az saytına məlumat verən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib ki, ermənilərin atəşkəsi yenidən pozması nəticəsində rayonun Təzəkənd kəndinə mərmilər düşüb. Mərmi evlərin olmadığı boş əraziyə düşdüyü üçün ciddi dağıntı və insan tələfatı olmayıb.
R.Məmmədov hazırda rayonda vəziyyətin sabit olduğunu, silah səslərinin eşidilmədiyini bildirib.
Gülşən RAUFQIZI