Modern.az

Nemtsovun qətlinə görə çeçen polis axtarılır

Nemtsovun qətlinə görə çeçen polis axtarılır

Təhsil

27 Aprel 2016, 10:51


Rusiya İstintaq Komitəsi tanınmış müxalifətçi Boris Nemtsovun qətlinin araşdırılması ilə bağlı Çeçenistan Daxili İşlər Nazirliyinin əməkdaşı Aslambek Xataev barəsində operativ axtarış elan edib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, siyasətçinin həyatına qəsd zamanı o, bu işdə adı keçənlərlə bağlı sıx əlaqə saxlayıb.

Situasiya ilə tanış olan mənbə bildirib ki, Nemtsovun qətlində şübhəli bilinənlərin müəyyənləşdirilməsindən dərhal sonra İstintaq Komitəsi onların siyasətçinin aradan götürülməsindən əvvəl ünsiyyətdə olduqları dairələri öyrənməyə başlayıb.

Beləliklə, əməliyyatçıların diqqətini Çeçenistan polisinin əməkdaşı Aslambek Xataev düşüb. Müəyyən edilib ki, cinayət törədilməzdən əvvəl o, dəfələrlə həmin işdə adı keçən “Şimal”  alayının komandiri Ruslan Qeremevin Verrnoy küçəsində yaşadığı mənzilə gəlib.

Modern.az 

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...