Modern.az

Oğluna görə saxlanılan ata sərbəst buraxıldı

Oğluna görə saxlanılan ata sərbəst buraxıldı

Təhsil

27 Aprel 2016, 12:09


Axtarışda olan oğluna görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Allahyarov Rafiq Rəhim oğlu həbsdən azad edilib.

Bu haqda Modern.az saytına vəkil Elçin Sadıqov məlumat verib. O, qeyd edib ki, BMCMİ bu gün Allahyarov Rafiq Rəhim oğlunu həbsdən azad edib:

“Onu BMCMİ-də 4 gün qanunsuz həbsdə saxladılar. Oğluna görə atanı həbs etmək, "oğlun gəlsin buraxaq" deməyin qanunsuz olduğunun fərqinə vardılar.

Ümid edirəm ki, birdə belə hərəkət etməyəcəklər. Amma həbs etdikləri şəxsi vəkilləri ilə görüşməsinə icazə verməmək BMCMİ-də adətə çevrilməkdədir. Artıq xeyli işlərdir ki, məni müdafiə etdiyim şəxslə görüşməyə imkan vermirlər”. E.Sadıqov BMCMİ əməkdaşlarına həddindən artıq iş saatı yazılmasını iddia edib:

“BMCMİ-nin əməkdaşlıq etdiyi vəkillərin aylıq iş saatı ümumi olaraq 1000 saatdan çox hesablanır. Bir ay ərzində 1000 saat olmadığı halda, həmin vəkillər 1000 saat necə işləyə bilərlər?”  

Gülşən RAUFQIZI  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...