Modern.az

Vardan Oskanyanın partiyasının adı AÇIQLANDI

Vardan Oskanyanın partiyasının adı AÇIQLANDI

Təhsil

27 Aprel 2016, 12:42


Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın təşəbbüsü ilə yaradılan partiya “Birlik” adlanacaq. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, təşəbbüs qrupu bəyanatla çıxış edib.

Bəyanatda qeyd edilir ki, hazırda təsis qurultayına hazırlıq gedir və o zaman əlavə məlumat veriləcək. “Partiya tarixi - bizim ölkəmizin təhlükəsizliyinin təminatı və daxili ciddi dəyişikliklər anında yaradılır. Bu gün heç vaxt olmadığı kimi bizim birləşmə potensialı olan yeni qüvvəyə ehtiyacımız var. Biz iddia edirik ki, növbəti yox, aparıcı siyasi qüvvə olacağıq”, - bəyanatda vurğulanır.

Sənəddə o da qeyd edilir ki, yeni partiyaya 4 günlük aprel müharibəsinə qədər ehtiyac var idi. Onun vacibliyinə müharibədən sonra daha böyük ehtiyac yaranıb.

Bəyanatın sonunda partiyanın yaradılmasında maraqlı olan Ermənistan parlamentinin deputatları Vardan Oskanyanın, Stepan Markaryanın, Vaqe Ovannisyanın, Elinar Vardanyanın, yaxın müddətədək “Çiçəklənən Ermənistan” partiyasına üz olan müxtəlif ekspertlərin, politoloqların, alimlərin, iş adamlarının və incəsənət xadimlərinin adları çəkilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...