Modern.az

Azərbaycan və Ermənistan prezidentləri görüşməyəcək - RƏSMİ

Azərbaycan və Ermənistan prezidentləri görüşməyəcək - RƏSMİ

Təhsil

27 Aprel 2016, 16:32

Rusiyanın ATƏT-dəki rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rusiyalı diplomat yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün planlaşdırılmadığını deyib.  

“Mən prezidentlərin görüşünə hazırlıq barədə eşitməmişəm. Münaqişə bölgəsində gərginləşən situasiya tərıəfləri birbaşa dialoqdan uzaq salıb.  

Rusiyanın vasitəçiliyi ilə bu qarşıdurmanı saxlamaq mümkün olub. Hazırda hərbi kanallar vasitəsilə atəşkəs rejiminin möhkəmləndirilməsindən söhbət gedir”.  

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...