Modern.az

12 yaşlı yetim qız uşaq doğub intihar etdi

 12 yaşlı yetim qız uşaq doğub intihar etdi

Təhsil

27 Aprel 2016, 21:01

 

Buryatiyanın Zakamenski rayonunda yetim qız uşaq dünyaya gətirdikdən sonra özünü öldürüb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, müstəntiqlər yetkinlik yaşına çatmayanlar üçün reabilitasiya mərkəzinin direktoru və qəyyumunun səhlənkarlıq etmələrindən şübhələnirlər.

Məhz bu səbəbdən qəyyum Elvira Budaeva və mərkəzin direktoru Yuliya Şaqjievə qarşı cinayət işi qaldırılıb. Qız valideynlərinin qəyyumluğundan məhrum olandan sonra yerli reabilitasiya mərkəzinə qoyulub, sonradan isə qohumlarının himayəsinə verilib və orada bir ildən çox yaşayıb. Onun dəfələrlə hamilə vəziyyətdə evdən çıxdığı bildirilir. Bundan sonra yetim qızı yenidən mərkəzə qaytarıblar. Qıza hamilə olduğu müddətdə istənilən səviyyədə psixoloji yardım göstərilmədiyi vurğulanır. Doğuşdan sonra gənc ana və onun körpəsi yerli sakinlərdən birinin himayəçiliyinə verilib. Həmin evdə daha 4 uşaq olub. Qız uşaq doğduqdan iki ay sonra intihar edib. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...