Modern.az

Abituriyentlərə XƏBƏRDARLIQ: Ərizə qəbulu başa çatır

Abituriyentlərə XƏBƏRDARLIQ: Ərizə qəbulu başa çatır

28 Aprel 2016, 12:30

Bu gün 2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başa çatır. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, elektron ərizə qəbulu aprelin 28-də saat 23:59-dək davam edəcək.  

Bu gün saat 11:00-dək ali məktəblərə 79201 nəfər ərizə verib.

Onlardan 72192 nəfəri Azərbaycan, 7009 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 31586-sı I, 22310-u II, 19768-i III, 5537-i isə IV ixtisas qrupu seçib.

Qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.   

Aytən ZƏHRA

 

 

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...