Modern.az

Prezident Sosialist İnternasionalının baş katibini qəbul edib

 Prezident Sosialist İnternasionalının baş katibini qəbul edib

28 Aprel 2016, 23:08

 

Bu gün Prezident İlham Əliyev Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib. Modern.az saytı xəbər verir ki, Sosialist İnternasionalının baş katibi Luis Ayala rəhbərlik etdiyi təşkilatın Qara dəniz hövzəsi, MDB məkanı və Cənubi Qafqaz Komitəsinin Bakıda keçirilməsi planlaşdırılan iclasına hazırlıq işləri ilə tanış olmaq üçün ölkəmizə səfər etdiyini vurğuladı.

Luis Ayala Sosialist İnternasionalının son vaxtlar həyata keçirdiyi işlərdən danışdı. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparıldı, Sosialist İnternasionalı ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri, o cümlədən beynəlxalq əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

Sonda xatirə şəkli çəkdirildi.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...