Modern.az

Türkiyədə növbəti PARTLAYIŞ: 2 ölü, 23 yaralı

Türkiyədə növbəti PARTLAYIŞ: 2 ölü, 23 yaralı

1 May 2016, 14:07

Türkiyənin cənub-şərqində partlayış baş verib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, partlayış Qaziantep şəhərində polis bölməsinin önündə bomba yüklü avtomobilin partlaması nəticəsində baş verib.

Hadisə yerinə təcili tibbi yardım və fövqəladə hallar briqadaları göndərilib.

Məlumatlara görə, hadisə nəticəsində 2 polis əməkdaşı ölüb, 23 nəfər yaralanıb. Yaralılardan 19-u polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...