Modern.az

Yaşayış binasında yanğın: 18 nəfər təxliyyə olunub

  Yaşayış binasında yanğın:  18 nəfər təxliyyə olunub

1 May 2016, 20:08

 

Lənkəran şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər ki, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 3 otaqlı mənzilin dəhlizində qapı və mətbəxinin yanar konstruksiyaları yanıb.  

Yanğın zamanı binadan 18 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.      

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...