Modern.az

Bu gün 13 partlayış yeri yoxlanılıb

Bu gün 13 partlayış yeri yoxlanılıb

1 May 2016, 22:14

 

Cəbhəboyu rayonlarda 13 partlayış yeri yoxlanılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Modern.az saytına verilən məlumata görə, bu barədə mayın 1-də Agentlik tərəfindən Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.  

Tərtər rayonu  

Buruc kəndi - 2 ev və həyatyanı sahədə dərinliyi 180 sm olan partlayış çalasına baxış keçrildi, tam partlamış sursatın qalıqları aşkar edildi, mərmi düşən ərazi və ona yaxın ərazilər də daxil olmaqla 12000 kv.m ərazi təmizlənib.

Köçərli kəndi - 4 otlaq sahəsinə baxış keçrilmiş, 4 partlayış çalasından hər birində 1 ədəd Top mərmisinin partlamış qalıqları aşkar edilib. Ümumilikdə 620 kv.m ərazi təmizlənib.

Qarağacı kəndi - Kənd orta mətəbinin həyətində 2 çalaya, 2 ev və həyatyanı sahənin hər birində 1 çalaya baxış keçirildi, 16 000 kv.m ərazi təmizləndi və partlamamış hərbi sursat aşkar edilməyib.  

Cəmi: 4 ev və həyətyanı sahə, 4 otlaq sahəsi və 1 orta məktəbin həyətinə baxış keçrilib. Nəticədə 10 partlayış yeri aşkar edildi, 28 620 kv.m ərazi təmizləndi və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonu  

Alixanlı kəndi - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 400 kv.m. ərazi yoxlanılıb.  

Cəmi: 3 əkin sahəsində, 3 partlayış yeri , 400 kv. m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.  

1 May 2016-cı il tarixində Agentlik tərəfindən 4 ev, 4 otlaq sahəsi, 3 əkin sahəsi və 1 kənd orta məktəbi də daxil olmaqla 13 partlayış yeri yoxlanılıb, 29 020 kv. m ərazi təmizlənmiş və partlamamış hərbi sursat aşkar edilməyib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə