Modern.az

Nardaran sakininə 2 il iş kəsildi –Taleh Bağırov məsələsi

Nardaran sakininə 2 il iş kəsildi –Taleh Bağırov məsələsi

Təhsil

3 May 2016, 11:08


Sabunçu Rayon Məhkəməsində qanunsuz silah saxlamaqda ittiham olunan Nardaran sakini Sahib Zəkiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Modern.az saytının məlumatına görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə Sahib Zəkiyevə hökm oxunub. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyatın keçirildiyi ərazidə 2 polis əməkdaşı həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb.

Dəstənin Tale Bağırov başda olmaqla, bir çox üzvü, o cümlədən S.Zəkiyev saxlanılaraq istintaqa təqdim edilib.

 S.Zəkiyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə