Modern.az

“Bank Standart”da vəziyyət pisləşib, müvəqqəti inzibatçı təyin edildi

“Bank Standart”da vəziyyət pisləşib, müvəqqəti inzibatçı təyin edildi

Təhsil

3 May 2016, 11:33

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası "Bank Standard" QSC-yə müvəqqəti inzibatçı təyin edib. Modern.az saytının xəbərinə görə, bu barədə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

R.Aslanlı Bankda likvidliyin zəiflədiyini bildirərək, belə bir qərar verildiyini açıqlayıb:

"Palata həmin banka yoxlama təyin edib. İlkin qənaətə görə, səhmdarların üzləşdiyi çətinliyi həll etmək üçün Bank yetərli resurslara malik deyil. Palata bu qərarı verib. Kritik likvidlik probleminin həlli üçün dövlət maliyyə vəsaiti ayırıb. Maliyyə vəsaitləri Bankın hesablarına köçürülüb".


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə