İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin qanunsuz əməlləri üzə çıxıb. Modern.az saytı Daaxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Əliyev qardaşları Nardaran qəsəbəsi ərazisindəki fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarını azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edirlərmiş.
Faktla əlaqədar cinayət işi başlanıb.
Modern.az